AZ

Fransa aviasiyasının qara günləri: Üç gündə iki təyyarə qəzası oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransada üç gün ərzində iki təyyarə qəzası baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Euronews xəbər yayıb.
Məlumata görə, qəzalar "Fouga Magister" və iki "Rafale" qırıcısı ilə bağlıdır.
Belə ki, "Fouga Magister" təyyarəsi Fransanın cənubunda, Var departamentinin Le Lavandou kommunasında keçirilən hava şousu zamanı dənizə düşüb.
Pilot katapult edə bilməyib, çünki təyyarədə belə bir qurğu olmayıb. Axtarış əməliyyatının başlanmasından bir neçə saat sonra xilasedicilər onun cəsədini tapıblar. Prokurorluq təyyarə qəzasının səbəbini araşdırmağa başlayıb. Məlum olub ki, pilot böyük təcrübəyə malik idi və tanışlarının sözlərinə görə, "əlində sükanla doğulmuşdu".
Avqustun 14-də isə təlim uçuşu zamanı iki "Rafale" qırıcısı ölkənin şimal-şərqində, Meurthe-et-Moselle departamentinin üzərində havada toqquşub. Hadisə nəticəsində qırıcılardan birinin pilotu katapult edə bilib və gələn axtarış komandası tərəfindən xilas edilib. İkinci təyyarədə olan təlimatçı və pilot isə həlak olublar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
36
oxu.az

10Mənbələr