AZ

İsrailin Livan və Suriyaya qarşı işğal planı - Şok təfərrüatlar - Davud dəhlizinin yaradılması

Bu planı reallaşdırmaq üçün  İsrail  PKK, yezidi və druzlardan ibarət 35 minlik ordu da formalaşdırıb.

Ölkə.Az "Türkiyə" qəzetinə istinadən xəbər verir ki, İsrailin Livan və Suriyaya qarşı işğal planı üzə çıxıb.

"İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri zamanı işğal planını Co Bayden administrasiyası və yəhudi lobbisi ilə müzakirə edib. Netanyahu bu planı həyata keçirmək üçün terror təşkilatı PKK, yezidi və druzlardan ibarət 35 min nəfərlik ordu hazırladığı da bəlli olub. Bu səfərdən sonra Təl-Əvivə gələn ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Mixael Erik Kurilla və İsrail Baş Qərargah rəisi Herzi Halevi “ehtiyat ordu” adlandırdıqları qüvvənin təfərrüatları barədə danışıblar. Etibarlı mənbələrdən alınan məlumata görə, İsrail ordusu Qolandan Suriyanın cənubundakı Əl-Suveyda şəhərinə hücum etməyi planlaşdırır. İsrailin ikinci məqsədi cənub sərhədində irəliləyərək David dəhlizi  planını həyata keçirməkdir", -nəşr yazır.

Nəşr daha sonra qeyd edib ki, bu planı realaşdırmaq üçün İsrail ABŞ-dan  50 minlik ordu istəyib və Vaşiqntonda buna razılıq verib: 

"Netanyahu ABŞ prezidenti Baydendən Livana mümkün işğal üçün 50 min nəfərlik dəstək qüvvəsi istəyib. Bu qüvvəyə ABŞ-dan xüsusi təyinatlıların, Əfqanıstan və İraq kimi cəbhələrdə döyüşən təcrübəli özəl təhlükəsizlik şirkətlərinin üzvlərinin qoşulması planlaşdırılır. Bundan əlavə, Avropa ölkələrindən, xüsusilə Almaniya, Fransa və İtaliyadan da analoji dəstək göstəriləcək". 

Qəzet onu da yazıb ki, Aİ-İsrail-ABŞ koalisiyası Suriyanın şimalından ən azı 20 min insanı Tanaf hərbi bazasına köçürəcək. 

"Bu yaxınlarda qatıldığı televiziya verilişində danışan ABŞ Müdafiə Nazirliyinin keçmiş müşaviri Duqlas Makqreqor  2015-ci ildən bu yana 65 mindən çox PKK terrorçusaun  təlim keçdiklərini, təchiz etdiklərini və Türkiyəyə qarşı hücuma hazırladıqlarını açıq şəkildə bildirib. O əlavə edib ki, Ankara da  bundan xəbərdardır", -nəşr yazır.  
Nəşr onuda qeyd edi ki,  CENTOM komandiri general Kurilla İsrail Baş Qərargah rəisi Halevi PKK-Yezidi-Druzlaırn onlara veridiy dəstək əvəzində onların ailə və yaxınlarına vətəndaşlıq verilməsi qərara alınıb: "PKK-nın tərkibində döyüşən və İraq-Suriya vətəndaşlığı olmayan bütün terrorçulardan ilk növbədə Suriya və İraq vətəndaşlığı statusu tələb olunur. Sonrakı mərhələdə isə İsrail vətəndaşlığı  verilməsi gözlənilir.

Uzunmüddətli perspektivdə İsrail David dəhlizi planını da həyata keçirməyi planlaşdırırlar. Rakka-Deyr əz-Zor toqquşmalarından sonra Koalisiya qüvvələri minlərlə İŞİD üzvünü cənub xəttinə (Homs-Deyr əz-Zor-Badiyə səhrası) yerləşdirib və  dəhlizinin yaradılmasında yenə də İŞİD faktorundan fəal şəkildə istifadə edəcək".

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
olke.az

10Mənbələr