AZ

Lebron Ceyms və Stefan Körri mövsüm sonunda karyerasını bitirəcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



NBA-nın ulduz basketbolçuları Lebron Ceyms və Stefan Körri 2024/25 mövsümünün sonunda basketbolla vidalaşacaqlar.
Oxu.Az Marca.com-a istinadla xəbər verir ki, bu barədə NBA-nın adı açıqlanmayan meneceri məlumat verib.
O, bildirib ki, Lebron və Körrini bir yerdə görmək gözlər, hisslər, basketbolun estetikası və bu idman növünün bütün həvəskarları üçün sevindirici idi. O qədər ki, bir çoxları onların yenidən eyni komandada birlikdə oynayacağını görə biləcəklərinə dair ümidlənmişdilər. Lakin onlar heç vaxt Olimpiya Oyunlarında və ya hər hansı digər rəsmi yarışda komanda yoldaşı olmayacaqlar. Buna səbəb isə hər ikisinin yaşlı olması və növbəti Olimpiya Oyunlarına kimi karyeralarını bitirəcəkləri olub.
Qeyd edək ki, Lebron Ceyms 21-ci NBA mövsümündə Oğlu Bronni Ceymslə "Los-Anceles Leykers"də çıxış etdikdən sonra karyerasını başa vuracaq. Stefan Körri də mövsümün sonunda basketbolla birdəfəlik sağollaşa biləcəyini açıqlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
484
50
oxu.az

10Mənbələr