AZ

Türkiyə məhkəməsindən "Fənərbağça" - "Qalatasaray" matçından sonra baş verənlərlə bağlı qərar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən mövsüm Türkiyə Superliqasının 37-ci həftəsində keçirilən "Qalatasaray" - "Fənərbağça" derbisindən sonra baş verən hadisələrlə bağlı istintaqı tamamlayan prokurorluq, aralarında Oostervolde və digər 5 şübhəlinin hər biri üçün 6 il 9 aya qədər həbs cəzası istəyib.
Oxu.Az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə stadion müdiri Əli Çelikkıran "şikayətçi" kimi, futbolçular Oostervolde və Mert Hakan Yandaş, "Fənərbağça" klubunun həkimi Ertoğrul Karanlık, "Fənərbağça"nın idarə heyətinin üzvü Hulusi Belgü və baş məşqçi İsmail Kartalın oğlu Emre Kartalın adı çəkilib.
Qeyd edək ki, İstanbul 3-cü Asliye Cəza Məhkəməsinə göndərilən iddianamədə 5 şübhəli "sümük sınmasına və ya yerindən çıxmasına səbəb ola biləcək qəsdən yaralama" cinayətlərindən hər biri 6 il 9 ay həbs cəzasına məhkum edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
50
oxu.az

10Mənbələr