AZ

Türkiyə parlamentində dava düşdü - VİDEO

Türkiyə Böyük Millət Məclisində (TBMM)  millət vəkilləri arasında dava düşüb. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Baş Məclisi Konstitusiya Məhkəməsinin Can Atalay qərarı ilə bağlı ümumi müzakirə təklifinin ilkin müzakirəsini keçirmək üçün toplanıb. 

Belə ki, TBMM-də Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından deputat Ahmet Şık AK Partiyasının üzvlərini təhqir edib.

Şıkın çıxışı zamanı o, AKP sıralarına “Sizin utanmazsınız” deməsi, parlamentdəki cərgələrdə gərginlik artırıb. 

Parlamentin iclasındakı fasilədən sonra gərginlik artıb. Millət vəkilləri bir-biri ilə mübahisə edib. TBMM-dən paylaşılan görüntülərdə yerdə qan damcılarının olduğu görülüb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
unikal.az

10Mənbələr