AZ

Bu gün Bakının bu rayonunda qaz olmayacaq

"Alatava” QPS-də yeni quraşdırılmış kollektora“Mikrorayon 500 mm-lik” əhali qaz kəmərinin birləşdirilməsi məqsədi ilə 16.08.2024-cü il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək “Mikrorayon” ölçü qovşağından qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Nəsimi rayonunun 20 Yanvar, Asəf Məhərrəmov, Mircəlal, Eldar Tağızadə küçələrinin və Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
37
sia.az

10Mənbələr