AZ

Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Nəsimi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Alatava" qaz paylayıcı stansiyasında (QPS) yeni quraşdırılmış kollektora "Mikrorayon 500 millimetrlik" əhali qaz kəmərinin birləşdirilməsi məqsədilə avqustun 16-da saat 09:30-dan işlər yekunlaşanadək "Mikrorayon" ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Nəsimi rayonunun 20 Yanvar, Asəf Məhərrəmov, Mircəlal, Eldar Tağızadə küçələrinin və Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
48
news365.az

10Mənbələr