AZ

Ukrayna Kurska hücumda ABŞ silahlarından istifadə edir?

Amerika administrasiyası Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk bölgəsinə hücumu həyata keçirmək üçün ABŞ-dən təhvil verilmiş silahlardan istifadə etdiyini təsdiqləyə bilmir.

Viral.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Əlbəttə, mən bu məlumatı gördüm, hamımız gördük. Amma mən bunların heç birini təsdiq edə bilmərəm”, – deyən Ağ Ev sözçüsü Amerika administrasiyasının Rusiya ərazisində ABŞ hərbi silahlarının mümkün istifadəsindən narahat olub-olmadığını bildirməkdən imtina edib.

Ağ Evin mətbuat katibi əlavə edib ki, Vaşinqtonun Ukrayna hərbçilərinin Rusiyaya zərbə endirmək üçün Amerika silahlarından istifadə etməsi ilə bağlı siyasəti dəyişməyib. “Mən deyə bilərəm ki, bizim siyasətimiz dəyişməyib. Mən də onların hərbi əməliyyatları barədə danışmağı ukraynalıların öhdəsinə buraxacağam”, – o deyib.

Jan-Pyer həmçinin administrasiyanın Ukrayna Silahlı Qüvvələrinin hücum hərəkətlərinə münasibətini göstərməkdən imtina edib:

“Artıq dediklərimdən başqa deyəcək heç nəyim yoxdur, əlbəttə ki, ukraynalı tərəfdaşlarımızla danışmağa davam edəcəyik, hər zaman olduğu kimi bu danışıqları davam etdirəcəyik”.

(redaktor.az)

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
42
viral.az

10Mənbələr