AZ

Efirdə “Qarabağ”ı incələdi: Burada səhv kim(lər)in idi? - VİDEO

Futbol eksperti Emin Abbasov «Qarabağ»ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində «Ludoqorets»ə qarşı Bakıda keçirdiyi matçdan danışıb.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «köhlən atlar»ın müdafiə xəttində inamsız təsir bağışlamasını qeyd edib.

Tanınmış teleşərhçi bildirib ki, arxa zonada yol verilən xətalar 90 dəqiqənin Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşmasına səbəb olub.

Abbasov bolqarların «Qarabağ»ı hərtərəfli incələdiyini, əks-hücumlar və standartlar epizodlar üzərində ciddi çalışdığını söyləyib.

Ekspert xorvatiyalı yeni qapıçı Fabiyan Buntiçin də performansını dəyərləndirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
50
sportinfo.az

10Mənbələr