AZ

Şəbnəm Həsənova: “Xalqımız bir daha demokratik seçki mədəniyyəti nümayiş etdirəcək”

Şəbnəm
Politoloq Şəbnəm Həsənova sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin əhəmiyyəti barədə“Seçki 2024” Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb. 1news.az müsahibəni təqdim edir:
- Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin siyasi proseslərə təsiri nədən ibarətdir? - Ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş Azərbaycanda 2024-cü ilin başlanğıcında Prezident seçkiləri keçirildi. Azərbaycan dövlətinin amalı odur ki, cari ildə parlament seçkiləri zamanı da insanların istəkləri öz əksini ədalətli şəkildə tapsın. Partiya mənsubiyyətindən, siyasi kimliyindən asılı olmayaraq, hər kəs bütün qayda və qanunlara əməl etməlidir. Seçkilər həm də daxili siyasi sabitliyi gücləndirir. Bu baxımdan, şübhəsiz ki, nümunəvi seçki prosesinin başqa bir tərəfi də var. Belə ki, seçki investorların inamını artıracaq və beynəlxalq ictimaiyyətin dəstəyinə gətirib çıxaracaq. COP29 ərəfəsində seçkilərin xalqımızın müzəffər imicinə yaraşan formada keçirilməsi hər birimiz üçün vətəndaşlıq borcu olmalıdır. Azad olunan torpaqlarda ilk parlament seçkilərinin keçirilməsi tarixi olduğu qədər, həm də mənəvi və həssas məsələdir. - Seçkidə qalib gəlməyənlər bəzən tənqidi fikirlər səsləndirir. Bu barədə nə deyə bilərsiniz?

-Dövlətimiz regiona hər zaman nümunədir. Mövcud prosesə inamın çox olması vacibdir. Bu halda bütün tərəflərin, o cümlədən seçki prosesində uduzan namizədlərin nəticəni qəbul etməsi ehtimalı bir o qədər çox olar. Azərbaycanda seçki prosesinə inam böyükdür. Proses ondan xəbər verir ki, xalqımız bir daha seçki mədəniyyəti nümayiş etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
1news.az

10Mənbələr