AZ

Sabah bu ərazidə hərəkət məhdudlaşdırılacaq

8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Ekologiya.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Təmir işləri sabah saat 06:00-dan etibarən başlayacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
49
ekologiya.az

10Mənbələr