AZ

Azərbaycan idmançıları Paris-2024-ün bağlanış mərasimində paraddan keçiblər - FOTO

Bağlanış mərasimi keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının rəsmi paradı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Stad de Frans" stadionunda təşkil olunan paradda bayrağımızı Olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.

Qeyd edək ki, Azərbaycan Paris Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
27
operativmm.az

10Mənbələr