AZ

Azərbaycan bağlanış mərasimində paraddan keçib

Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi davam edir. Sport24.az xəbər verir ki, Azərbaycan yığması rəsmi paraddan keçib.
 
"Stad de Frans" stadionunda təşkil olunan mərasimdə bayrağımızı Olimpiadanın gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov və bədii gimnastika üzrə yarışda 5-ci yeri tutan Azərbaycanın qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova dalğalandırıblar.
 
Qeyd edək ki, Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub və medal siyahısın 30-cu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
sport24.az

10Mənbələr