AZ

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Avqustun 12-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətiə istinadən bildirir ki, havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti olacaq. 

 

Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 45-50 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26°, gündüz 32-37°, dağlarda gecə 12-17°, gündüz 19-24° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
49
senzor.az

10Mənbələr