AZ

Mikayıl Cabbarov Giorgi Meşvildişvilini təbrik edib 

  Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanmış Giorgi Meşvildişvilini (125 kq) təbrik edib.

Referans.az xəbər verir ki, federasiya rəhbəri bu barədə sosial şəbəkədə paylaşım edib.

Cabbarov Fransa paytaxtında Azərbaycan güləş yığmasının ikinci medalın qazanıldığını bildirib: “Olimpiya Oyunlarında güləşdə ikinci medalımızı qazandıq. Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik".

Qeyd edək ki, Giorgi 3-cü yer uğrunda görüşdə Robert Barana (Polşa) qalib gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
7
referans.az

10Mənbələr