AZ

AGF prezidenti Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanmış Giorgi Meşvildişvili təbrik edib. SİA xəbər verir ki, bu barədə federasiyanın başçısı sosial şəbəkədə yazıb.

“Olimpiya Oyunlarında güləşdə ikinci medalımızı qazandıq. Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) böyük əzmkarlıq göstərərək Paris-2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik”, - o qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
28
sia.az

10Mənbələr