AZ

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 39 mini KEÇİB

İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyat nəticəsində 2023-cü ilin oktyabrından bu yana ölənlərin sayı 39 790 nəfərə çatıb.

Bizim.Media xarici KİV-ə istinadən bu barədə Fələstin Səhiyyə Nazirliyinin bəyanatında deyilir.
 

“İsrailin əməliyyatları nəticəsində dünən 40 fələstinli həlak olub və bu, oktyabrın 7-dən bu yana ölənlərin ümumi sayının 39 790-a yüksəldiyini” bildirib.


Qeyd olunur ki, eskalasiya başlayandan indiyədək 91 702 nəfər xəsarət alıb.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbə nəticəsində Fələstinin HƏMAS hərəkatının səhra komandiri Samer Mahmud əl-Həcc öldürülüb.

Bizim.Media

Seçilən
123
50
bizim.media

10Mənbələr