AZ

Oğuzda avtomobildən 20 min manat oğurlayan şəxs saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini avtomobilindən 20 min manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən N.Rəfiyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"

Seçilən
145
4
cebheinfo.az

10Mənbələr