AZ

ABŞ-nin kommersiya neft ehtiyatları 430 mln. bareldən aşağı enib

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 3 728 min barel azalaraq 429 321 min barel təşkil edib.

Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1 600 min barel azalacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin kommersiya neft ehtiyatları ardıcıl altıncı həftədir ki azalır.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
11
banker.az

10Mənbələr