AZ

Banqladeş və Hindistan arasında ticarət DAYANDIRILDI

Banqladeşin Baş naziri Şeyx Həsinənin istefasından sonra yaranmış siyasi böhran fonunda Hindistan və Banqladeş arasında ticarət tamamilə dayandırılıb.

Gundem.az TASS-a istinadən xəbər verir ki, bunu Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) prezidenti Aşvani Kumar deyib.

"Avqustun 5-dən etibarən ticarət tamamilə dayandırılıb", - o bildirib.

Eyni zamanda A.Kumar qeyd edib ki, Banqladeşdəki tərəfdaşlar bir həftə ərzində əməliyyatların bərpa olunacağına ümid edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
8
gundem.az

10Mənbələr