AZ

Kürdəmirdə yük avtomobili yanıb – VİDEO

Kürdəmir rayonu, Çölərəb kəndi ərazisində yük avtomobilində yanğın baş verib.

TEMPİNFO xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “DAF” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qoşqunun dörd ədəd təkəri yanıb.

Yük avtomobili və qoşqu yanğından mühafizə olunub.

TEMPİNFO

 

Seçilən
46
30
tempinfo.az

10Mənbələr