AZ

Universitetlərdə təhsil haqqı zaman-zaman artacaq - REKTOR

Ali məktəblərdə təhsil haqqı artımı müntəzəm baş verir və davam edəcək.

 

Modern.az-ın məlumatına görə, bunu Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı deyib.

 

O qeyd edib ki, qiymət artımı heç də təhsilin keyfiyyəti ilə bağlı deyil:

 

"Sadəcə, təhsilverənlər görəndə ki, təhsil haqqını bir az daha artıq almaq mümkündür və alanda imkanları daha da böyüyür, o zaman bu addımı atırlar. Bu baxımdan, burada təəccüblü heç nə yoxdur. Bu, valideynlə müqavilə bağlananda da qeyd edilir. Adətən, müqavilə bir illik olur və universitetlərin növbəti tədris ilində buna yenidən baxmağa ixtiyarları var".

 

Rektorun sözlərinə görə, təhsil haqqı zaman-zaman artacaq.

 

"Çünki dünyada təhsil haqları çox yüksəkdir. Avropada, İngiltərədə, Amerikada təhsil haqlarına nəzər salsanız, rəqəmin 20-40 min arası dəyişdiyini görərsiniz. Onlarla müqayisədə bizdə təhsil haqları çox aşağıdır. Təbii ki, bu, bazara görə tənzimlənir. O ali məktəblərdə dünyanın hər yerindən oxumaq istəyənlər çox olduğuna görə onlar yüksək təhsil haqqı müyyənləşdirirlər”, - o, "Kaspi" qəzetinə müsahibəsində deyib.

 

Qeyd edək ki. bir neçə gün əvvəl Modern.az bəzi universitetlərdə ali təhsil haqlarının artırılması barədə xəbər vermişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
modern.az

10Mənbələr