AZ

O qədər şokda idim ki, ürəkdən belə sevinə bilmədim - Hidayət Heydərov

Bakı. Trend:

Olimpiya çempionu olduğum üçün çox xoşbəxtəm.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında qızılmedalını qazanan Hidayət Heydərov (73 kq) Heydər Əliyev BeynəlxalqAeroportunda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Fransa paytaxtındakı görüşlərini sonradanizləməyib, amma epizdoları videolardan görüb: “O qədər şokda idimki, ürəkdən belə sevinə bilmədim. Cənab Prezident İlham Əliyev vəölkənin birinci xanımı Mehriban Əliyeva ilk olaraq təbrik etdilər.Federasiyamıza təşəkkür edirəm ki, mənim üçün hər bir şəraitiyaratdılar. Təbrik edənlərin hər birinə, xalqıma minnətdaram.Yaşadıqlarım əvəzedilməz bir hisslər idi. Elnur Məmmədli mənimləəl-ələ verib Avropa, dünya və sonda isə Olimpiya çempionu olmağımaşahidlik etdi. Bundan sonra qarşıdakı növbəti hədəfimiz 2028-ciildə Los-Anceles Olimpiadasıdır. Buna kimi də bizi bir sıraçempionatlar gözləyir. Qısa bir fasilədən sonra yenidən arenalaraqayıdacam. İkinci dəfə Olimpiya çempionu olmağ istəyirəm”.

Qeyd edək ki, Hidayət Heydərov finalda fransalı Joan-BenjaminQabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
az.trend.az

10Mənbələr