AZ

İllüziyaların əsirliyində: Fanat pop ulduzla adaş olan britaniyalı sürücünü 60 il təqib etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniyada adların üst-üstə düşməsi səbəbindən uzun illik təqiblə bağlı misligörünməmiş hadisə baş verib. Belə ki, Kennet Fernival adlı fanat avtobus sürücüsü olan Conni Reyi 1950-ci illərin məşhur ABŞ-li pop ifaçısı hesab edərək 60 il təqib edib.
Oxu.Az-ın "The Telegraph"-a istinadla məlumatına görə, fanat bütün bu illər ərzində avtobus sürücüsünə hədiyyələr və sevgi məktubları göndərib.
Sürücünün qohumları dəfələrlə polisə müraciət ediblər, lakin hüquq-mühafizə orqanları hədiyyələrin zərərsiz xarakter daşıdığını iddia ediblər və heç bir tədbir görməyiblər.
Lakin Rey məktubları nümayişkaranə şəkildə yandırdıqdan sonra Fernivalın davranışı daha da qorxunc şəkil alıb: O, iki uşaq atasının və onun ailəsinin gizli şəkillərini çəkməyə başlayıb.
Yalnız təfərrüatı açıqlanmayan növbəti hadisədən sonra Kennet Fernival, nəhayət ki, saxlanılıb. Məhkəmə 79 yaşlı təqibçini 3 il azadlıqdan məhrum edib.
"Ailəm onilliklər boyu qorxu içində yaşayıb. Ümid edirəm ki, indi bu kabus sona çatacaq", - deyə Rey məhkəmənin qərarını şərh edib.
Qeyd edək ki, dramın səbəbkarı olan əsl Conni Rey 1950-ci illərdə populyar ifaçı olub. Onun "Cry" və "The Little White Cloud That Cried" hitləri Atlantik okeanının hər iki tərəfində çartların zirvəsində olub. Müğənni 1990-cı ildə vəfat edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
oxu.az

10Mənbələr