AZ

“AzInTelecom”da yeni təyinat

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom (AzInTelecom)” MMC-nin İdarə Heyəti sədrinə daha bir müşavir təyin edilib.

Banker.az-ın məlumatına görə, bu vəzifəyə Fərid İsmayılzadə təyin edilib.

O, buna qədər “AzInTelecom”un Etimad xidmətləri şöbəsinin müdiri idi.

Fərid İsmayılzadə Azərbaycan Dövlət İqtisad Universitetində İnformatika işlənməsi və idarəetmənin avtomatlaşdırılması sistemləri ixtisası üzrə təhsil alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
50
banker.az

10Mənbələr