AZ

Rusiya Ukraynada 580 mində çox hərbçi itirdi - FOTO

Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 580 590 nəfərə çatıb.   

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1100 hərbçisini itirib. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 8 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub. 


Bizim.Media

Seçilən
92
23
bizim.media

10Mənbələr