AZ

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri artıb

Bu ilin birinci yarısında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 337 müəssisə) xərcləri 758,7 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 5,6% artım deməkdir.

Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatında bildirilir.

Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 332,5 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (77 şirkət üzrə) 183,6 mln. dollar xərcləyib. Bundan başqa, həmin dövrdə BP-nin 224 kiçik və orta müəssisə üzrə xərcləri 220,8 mln. dollar, 22 dövlət şirkəti üzrə xərcləri isə 21,8 mln. dollar təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
26
banker.az

10Mənbələr