AZ

Əmlak Məsələləri Dövlət Xidməti ötən ili 1.4 mln. manat zərərlə başa vurub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ötən ili 86 164 182 manatlıq gəlir əldə edib. ƏMDX-nin xərcləri 87 533 574 manat olub. Belə ki, 1 369 392 manat zərərlə başa vurub.

Banker.az xəbər verir ki, bu barədə ƏMDX-nin 2023-cü ilin maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatında qeyd edilir.

Hesabata görə, şirkət qeyri-birja əməliyyatlarından 73 839 843 manat, birja əməliyyatlarından 12 162 310 manat gəlir əldə edib.

2022-ci ildə Dövlət Xidmətinin gəlirləri 74 196 182 manat, xərcləri 65 031 947 manat təşkil edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
50
banker.az

10Mənbələr