AZ

Ditmir Buşati: "Seçkilərə müdaxilə etmək, kömək etmək və başqa bu kimi səlahiyyətlərimiz yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bizim seçkilərə müdaxilə etmək, kömək etmək və s. bu kimi səlahiyyətimiz yoxdur, biz, sadəcə, üzv dövlətin dəvəti əsasında monitorinq aparmaq, prosesi izləmək üçün gəlmişik".
APA xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun müşahidəçiləri (DTİHB) missiyasının rəhbəri Ditmir Buşati Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçki ilə bağlı mətbuat konfransında deyib.
AŞPA-nın seçkini müşahidə etmək üçün dəvət olunmaması ilə bağlı suala cavab olaraq missiya rəhbəri deyib ki, o, ATƏT-in adından Azərbaycandadır, digər hər hansı təşkilatın prosesi izləmək üçün dəvət olunub-olunmaması barədə şərh verməsi doğru deyil.
"Biz bütün təşkilatlarla əməkdaşlığa hər zaman açıq olmuşuq və bizim mövqeyimiz dəyişməyib. Biz beynəlxalq prinsiplərə əsaslanan metodologiya əsasında prosesi izləyəcəyik", - deyə Ditmir Buşati vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
oxu.az

10Mənbələr