AZ

AzInTelecom-un direktoruna yeni müşavir təyin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom (AzInTelecom)” MMC-nin direktoruna yeni müşavir təyin edilib.

Banker.az-ın məlumatına görə, bu vəzifəyə Səməd Seyidov təyin edilib.

O, buna qədər qurumun Keyfiyyət Təminatı Departamentinin sədri idi.

Səməd Seyidov Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə, İqtisadçı-menecer ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin təşkili və İdarəolunması ixtisası üzrə magistr təhsili alıb.

S.Seyidov “AzMeCo” MMC-də Keyfiyyət üzrə Menecer, “Aztexnika” MMC-də Keyfiyyət şöbəsinin Müdiri, “Gilan Construction Group” MMC-də Keyfiyyət üzrə Menecer, “İncert” MMC-də İdarəetmə sistemləri üzrə məsləhətçi, “PMD Projects” MMC-də Keyfiyyət Təminatı Rəhbəri vəzifələrində çalışıb.

Qeyd edək ki, Səməd Seyidov Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Məhərrəm Seyidovun oğludur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
banker.az

10Mənbələr