AZ

"Ukrayna Rusiya ilə danışıqlara hazırdır, amma şərti var" - Podolyak

 
"Gerçək danışıqlara başlamaq üçün ilk öncə təcavüzkarı sülhə məcbur etmək lazımdır..."
 
Ukrayna Rusiya ilə danışıqlara hazırdır, lakin bu, istisnasız olaraq beynəlxalq hüquq əsasında olmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak NV nəşrinə müsahibəsində bəyan edib.
 
"Rusiya təbliğatı, guya, "müharibə gedir, amma biz danışıqlara hazırıq, Ukrayna isə hazır deyil" kimi təəssürat yaratmaq üçün çoxlu vəsaitlər sərf edir.
 
Yox, birincisi və ən başlıcası, Ukrayna danışıqlara hazlrdır. Yəni danışıqlar, şübhəsiz, lazımdır.
 
Amma ikinci məqam danışıqların hansı şərtlər, hansı əsaslarda aparılmasıdır. Və burada Ukrayna dəqiq mövqeyini ifadə edir:
 
"Bəli, gəlin danışıqları konsepsiya olaraq beynəlxalq hüquqa söykənən əsaslarla aparaq".
 
Və bu konsepsiyada ən əsası dövlətin ərazi bütövlüyü və subyektliliyi, suverenliyidir", -  Podolyak deyib.
 
Bununla birlikdə, müşavir qeyd edib ki, danışıqlar yalnız o zaman məhsuldar olacaq ki, təcavüzkarı sülhə məcbur etmək alətləri işlək olacaq.
 
"Ukraynaya silah tədarükünü götürək. Bu, daha çox olmalıdır, o cümlədən, Rusiyanın dərinliyinədək istənilən məsafədə olan müharibə infrastrukturuna zərbələr endirmək üçün istənilən qeyri-formal və ya formal məhudiyyətlər ləğv edilməlidir.
 
İkincisi, iqtisadi sanksiyalar məsələsidir. Onlar bugünkündən daha həcmli və işlək olmalıdır. Rusiyanın müharibə üçün ödədiyi bədəl artmalıdır. 
 
Və üçüncüsü, indi təəssüf ki, ümumiyyətlə, mövcud olmayan diplomatik təcriddir. Məsələn, Rusiya BMT Təhlükəsizlik Şurasında sədrlik edə bilməz, bu və ya digər meydançalardan istifadə edə bilməz", - Podolyak qeyd edib.
 
Rusiya ilə danışıqların perspektivi
 
Xəbər verildiyi kimi, Ukrayna noyabrın sonunadək sülhə nail olmaq üzrə fəaliyyət planını işləyib hazırlayacaq.
 
Vladimir Zelenskinin sözlərinə görə, Kiyev "müvafiq ölkələrlə ərazi bütövlüyü məsələləri barədə detallı müzakirələrə" başlayacaq.
 
Bundan başqa, Zelenski vurğulayıb ki, "Rusiya Ukrayna ərazilərini işğal etməkdə davam etdiyi zaman atəşkəs çağırışlarına cavab verə bilməz".
 
Müharibənin ədalətli başa çatması üçün "dözüm, dəstək və diplomatik təzyiq" kimi üç amil gərəkdir.
 
Bu arada isə Finlandiya prezidenti Aleksandr Stubb əmin olduğunu bildirib ki, artıq Ukrayna ilə Rusiya arasında danışıqların başlanması nöqtəsinə gəlib çıxmışıq. 
 
Rusiya qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması bunun üçün zəmin olmamalıdır, o, belə hesab edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
50
moderator.az

10Mənbələr