AZ

Yüksəkvəzifəli şəxsin avtomobilinin iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Gəncə-Daşkəsən yolunun Bayan kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə istiqamətindən gələn mikroavtobusla Daşkəsən istiqamətindən gələn minik maşını toqquşublar.
Nəticədə içərisi sərnişin dolu mikroavtobus idarəetmədən çıxaraq aşıb.
"İşə gedirdik, qarşı tərəfdən gələn maşın idarəetməni itirdi, gəldi bizim maşının altına girdi. Sağa çəkməyə çalışdım, alınmadı, bizi vurub dərəyə saldı", - mikroavtobusun sürücüsü deyib.
Qəza nəticəsində xəsarət alan 15 nəfər Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib.
12 nəfər ambulator müalicəyə, üç nəfərdən biri isə alt çənə sümüyünün sınığı diaqnozu ilə Bakıya göndərilib. İki nəfər beşinci daraq sümüyünün, uşaq isə bud sümüyünün sınığı diaqnozu ilə hazırda Gəncə Şəhər Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alır.
Qeyd edək ki, mikroavtobusda olan sərnişinlər qızıl mədəninin işçiləri olublar. Minik avtomobilinin isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayevə məxsus olduğu bildirilir.
Ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
134
50
oxu.az

10phrase_var_article.sources