AZ

Beş yaşlı İnci nadir xəstəlikdən əziyyət çəkir: Müalicə üçün maddi dəstəyə ehtiyacı var

app.update_app_description



Beş yaşlı İncinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aytəkin Süleymanova məlumat verib.
O bildirib ki, övladı "Ewkin Sarkoma" (Yumşaq toxuma və sümüyün bədxassəli şişi) xəstəliyindən əziyyət çəkir.
"Bu ilin may ayında İnci qolunda şiddətli ağrıları olduğu üçün həkimə getdik. Həkim müayinəsi zamanı İncinin belə bir nadir xəstəlikdən əziyyət çəkdiyini öyrəndik. Demək olar ki, həmin gündən də müalicələrə başladıq. İnci bir dəfə Bakıda əməliyyat oldu, yeni törəmələrini götürdülər".
Aytəkin Süleymanova qızının müalicəsi üçün Türkiyəyə yollandıqlarını deyib:
"Artıq bir aydır ki, biz Ankarada müalicə alırıq. İnci bir ay müddətində iki kimyaterapiya qəbul edib. Protokolu tamamlamaq üçün bundan sonra 14 kimyaterapiya və 3 şüa qəbul etməlidir. Bunun üçün isə bizim 70 000 manata ehtiyacımız var. Bizim İncidən başqa iki övladımız da var. Yoldaşım hərbi qulluqçudur, özüm isə evdar qadınam. Tək gəlir yerimiz yoldaşımdır. Bu məbləği qarşılamaq inanın bizim üçün hazırda mümkünsüzdür. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını, övladımı yarı yolda qoymamaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 300-44-47.
Uni Bank: 5243 7544 4224 3984
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
277
50
oxu.az

10Mənbələr