AZ

Qadın sığınacağından yardım istəyən 19 yaşlı qız terrorçu çıxdı – VİDEO

Türkiyənin Muğla vilayətində  19 yaşlı gənc qızın qadın sığınacağından yardım istəməsindən sonra qorxunc fakt üzə çıxıb.

Medianews.az xəbər verir ki, araşdırmalar zamanı həmin qadının PKK/KCK terror təşkilatının üzvü olduğu məlum olub.

Sığınacaqdakı növbətçi polis əməkdaşı qadının telefonunda PKK/KCK terror təşkilatının şəkillərini gördükdən sonra hərəkətə keçib. Saxlanılan 19 yaşlı qadın polis bölməsinə aparılıb. Onun mobil telefonu da ətraflı araşdırma üçün müsadirə edilib.

Hazırda faktla bağlı araşdırmalar davam edir.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
22
medianews.az

10Mənbələr