AZ

Şəkidəki tarixi məbədi kim və niyə dağıtdı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəkidə yerləşən Zəyzid məbədi məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Tarix müəllimi Vaqif Abdullayev 1000 illik tarixi abidənin bəzi hissələrinin dağıdıldığını iddia edir.
"Burada qazılan quyu əvvəllər yox idi. Çox güman ki, zinət əşyaları axtarmaq üçün qazıblar. Bəlkə də, 5 il sonra burada tarixi abidədən heç nə qalmayacaq", - deyə o söyləyib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məsələ ilə bağlı bildirilib ki, Zəyzid məbədi tarix-mədəniyyət abidəsi kimi dövlət mühafizəsindədir:
"Tarixi abidənin qorunması və ətrafının abad saxlanılmasına Dövlət Xidməti tərəfindən nəzarət olunur. Məbəd investisiya layihələrinin siyahısına daxil edilib və bərpası planlaşdırılır".
Daha ətraflı Baku TV-nin materialında:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
oxu.az

10Mənbələr