AZ

Bakıda həyəti qazıb, sonradan düzəltməməyin səbəbi nədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda Muxtar Fətəliyev küçəsinin sakinləri həyətlərində görülən və tamamlanmayan işdən narazıdırlar.
Bununla bağlı Oxu.Az-a şikayət ünvanlayan sakin iddia edir ki, "Azərişıq" ASC əməkdaşları təmir işləri apardıqları üçün binanın həyətini qazıblar, amma sonra qazılan yeri əvvəlki halına gətirmədən çıxıb gediblər.
Məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, ərazidə işlər hələ yekunlaşmayıb.
"Həmin binada həftəsonu qəza baş verməsi səbəbindən bina işıqsız qalmışdı. Ona görə yeni xətt çəkilir və hələ işlər davam edəcək",- deyə açıqlamada qeyd olunub.
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
oxu.az

10Mənbələr