AZ

Türkiyədə İnterpol axtarışında olan 3 nəfər saxlanılıb

Bakı, TurkicWorld

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya beynəlxalq səviyyədə axtarışda olan üç nəfərin “Kuyu-13” əməliyyatları zamanı ələ keçirildiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Yerlikaya X sosial media hesabında paylaşım edib. Nazir açıqlamasında, İsveç və Monteneqrodan tərəfindən verilmiş İnterpol “qırmızı bülleten”lə axtarışda olan Alexander Gustafssonun və Draqan Pavlıceviçin İstanbulda, Alexandar Nedevskın isə Bodrumda keçirilən "Kuyu-13" əməliyyatları zamanı saxlanıldığını qeyd edib.

Yerlikaya saxlanılan şübhəlilərlə bağlı, İsveç tərəfindən verilmiş İnterpol “qırmızı bülleten”i əsasında "Narkotik ticarəti, çirkli pulların yuyulması, dopinq və saxtakarlıq" maddələrinə görə beynəlxalq səviyyədə axtarışda olan Polşa əsilli Aleksandr Qustafssonu "Aleksander Kawa" adlı saxta şəxsiyyət vəsiqəsi və saxta Polşa pasportu ilə İstanbulun Beşiktaş bölgəsində təsbit edərək saxlanıldığını bildirib.

Monteneqrodan verilən İnterpol“qırmızı bülleten”i əsasında "Narkotik ticarəti və cinayət təşkilatına üzvlük" maddələrinə görə beynəlxalq səviyyədə axtarışda olan Draqan Pavlıçeviç isə 23 iyul 2024-cü ildə İstanbulun Avcılar bölgəsində həbs edilib.

Qırmızı bülletendə o da qeyd olunub ki, Pavlıçeviç cinayətkar təşkilatın üzvləri ilə birlikdə 1 ton 570 kq kokaini Monteneqro, Kolumbiya, Ekvator, Avstraliya və Hollandiyaya göndərib və həmçinin Ekvatordan da 900 kq kokain daşınmasını həyata keçirib.

İsveç tərəfindən yayımlanan qırmızı bülleten mesajı ilə "Çirkli pulların yuyulması və narkotik maddələrlə mübarizə" maddələrinə görə beynəlxalq səviyyədə axtarışda olan Alexander Nedevskınin isə “Besnik Lajqı” adına verilmiş saxta Kosova pasportu ilə ölkəyə daxil olduğu zaman Muğlanın Bodrum bölgəsində saxlanılaraq həbs edildiyi qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
7
turkic.world

10Mənbələr