AZ

İlham Əliyev Vilayət Vəliyevi rektor TƏYİN ETDİ

Vilayət Vəliyev yenidən Azərbaycan Texniki Universitetinin rektoru təyin olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq Vilayət Məmməd oğlu Vəliyevi Azərbaycan Texniki Universitetinin rektoru təyin edib.

Qeyd edək ki, Azərbaycanda universitet rektorları 5 il müddətinə təyin edilir. Bu qayda 10 dekabr 2018-ci ildə imzalanan fərmanla müəyyən olunub və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda öz əksini tapıb.

Ölkəmizdə qanunvericiliyin, adəyən, geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir. 

Fərmanın imzalanmasından sonra Azərbaycanın dövlət universitetlərinə bir çox rektor təyin edilib, onların səlahiyyət müddəti 5 il hesab olunur.

 

Qeyd edək ki, Vilayət Vəliyev 2019-cu ilin iyulun 31-də rektor təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
ucnoqta.az

10Mənbələr