AZ

Disko kraliçası C.C.Catch: "Bakıya gəldiyim üçün xoşbəxtəm!"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakıya gəldiyim üçün xoşbəxtəm!"
Oxu.Az-ın verdiyi məlumata görə, bu sözləri beynəlxalq "Dream Fest" musiqi festivalında çıxış etmək üçün ölkəmizdə qonaq olan və musiqi dünyasında "disko kraliçası" adı ilə tanınan C.C.Catch "Izvestiya" nəşrinə müsahibəsində deyib.
"Mən xoşbəxtəm, çünki musiqi ilə məşğul olmağa və konsertlər verməyə davam edirəm. Xoşbəxtəm, çünki buraya, Bakıya gəlmişəm", - deyə pop diva bildirib.
Qeyd edək ki, əsl adı Karolina Katarina Müller olan C.C.Catch ingilis dilində disko üslubunda mahnılar ifa edən alman müğənnidir. Onun "I Can Lose My Heart Tonight", "Cause You Are Young", "Stranger by Night" və "Heaven in Hell" mahnıları 1980-ci illərdə rəqs meydançalarının əsas hitləri olub. Lakin 60 yaşlı musiqiçi bu gün də populyarlığını itirmir: musiqisi ilə artıq bir neçə nəsil böyüyən ifaçının konsert zalları bu gün də dolu olur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
oxu.az

10Mənbələr