AZ

Hərbçilərə hücuma hazırlaşan iki terrorçu qadın məhv edilib

PKK-nin "Ronahi Dilhvin" kod adlı Vesile Duran və "Arın Tolhildan" kod adlı Dilan Öklü zərərsizləşdirilib

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyə Silahlı Qüvvələrinin İraqdakı əməliyyat bölgəsinə hücum etməyə hazırlaşan PKK/KCK terrorçuları Hakurk bölgəsində keçirdiyi nöqtə əməliyyatı ilə zərərsizləşdirib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, alınan kəşfiyyat məlumatı əsasında Duran və Öklü təqib edilib.

Terrorçu Vesile Duranın 2014-cü ildə terror təşkilatı PKK/KCK sıralarına qoşulduğu, 2015-ci ildə isə İraqın şimalına keçərək silahlı təlim aldıqdan sonra bölgədə fəaliyyət göstərdiyi öyrənilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
49
ucnoqta.az

10Mənbələr