AZ

İsrail və İran yenə üz-üzə –Colan təpəsinə raket zərbəsini kim endirib?

İyulun 27-də İsrailin nəzarətində olan Colan təpəliyindəki Macal-Şəms şəhərinə raket zərbəsi nəticəsində 12 nəfər həlak olub, onların çoxu futbol meydançasında oynayan uşaqlar və yeniyetmələr olub.

Azpost.info bildirir ki, İsrail bu zərbəyə görə “Hizbullah”ı ittiham etsə də, qruplaşma hücumla əlaqəsi olmadığını bildirir. Baş verənlər regionda münaqişənin genişlənə biləcəyi sarıdan qorxu yaradıb.

İsrail bazar günü düşmənə ağır zərbə vurmaqla hədələyib. İran isə İsrailə xəbərdarlıq edib ki, Livanda yeni hərbi avantüralar görünməmiş nəticələrə gətirər.

BMT-nin baş katibi Antonio Quterriş raket zərbəsini pisləyib, bütün tərəfləri maksimum təmkin göstərməyə çağırıb.

Baş verənlər regionda münaqişənin genişlənə biləcəyi sarıdan qorxu yaradıb.

Birləşmiş Ştatlar da raket hücumuna görə “Hizbullah”ı ittiham edib. “Bu hücumu Livan “Hizbullah”ı gerçəkləşdirib. Bu onların raketi idi, onların nəzarətində olan ərazidən buraxılıb”, — Ağ ev bazar günü yaydığı bəyanatda bildirib. Vaşinqton şənbə günündən bəri İsrail və Livan rəsmiləri ilə müzakirələr apardığını bildirib, hücumu pisləyib, “dəhşətli” adlandırıb.

ABŞ dövlət katibi Blinken bildirib ki, İsrailin şimal sərhədində münaqişənin genişlənməsini istəmir. Blinken ABŞ-ın İsrailə dəstəyini ifadə edib.

Ağ evdən verilən məlumata görə, Vaşinqton İsrail-Livan sərhədində hücumlara son qoyulmasından ötrü diplomatik həll üzərində işləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
azpost.info

10Mənbələr