AZ

Müxalifət Maduronun qələbəsini tanımadı, bu şəxsi lider təyin etdi

Venesuela müxalifəti seçkilərdə sağçı namizəd Edmundo Qonzalesin qalib gəldiyini bildirir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Venesueladakı müxalifət nümayəndələrindən biri Korina Maçado deyib.

"Biz bütün venesuelalılara və dünyaya demək istəyirik ki, Venesuelanın yeni seçilmiş prezidenti var və bu Edmundo Qonzalesdir", -  Maçadonun açıqlamasında deyib.  

Qeyd edək ki, Venesuela Milli Seçki Şurası Maduronun Venesuelada keçirilən prezident seçkilərində 51,2% səslə qalib gəldiyini açıqlayıb.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
unikal.az

10Mənbələr