AZ

İsrailin XİN rəhbəri Ərdoğanı bu şəxslə müqayisə etdi - FOTO

İsrailin xarici işlər naziri İsrael Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İraqın keçmiş rəhbəri Səddam Hüseynlə müqayisə edib.

"Unikal" xəbər verir ki, o, bu  barədə "X" platformasında yazıb. 

"Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. O, sadəcə orada nə baş verdiyini və bunun necə bitdiyini xatırlamalıdır", - Katz "X"dəki mikrobloqunda qeyd edib. 

Bunun fonunda Türkiyənin də reaksiyası sərt olub.  Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu ifadələr yer alıb:

"Hitlerin sonu olduğu kimi, Netanyahunun da soyqırımının sonu olacaq. Necə ki, soyqırım törədən nasistlər cavab verəcəklər. Bəşəriyyət fələstinlilərin yanında olacaq". 

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail əleyhinə bəyanatlar verib.

Gülayə Mecid 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
50
unikal.az

10Mənbələr