AZ

İsrail Livanın şəhərlərini bombalayıb

Ötən bazar günü İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubuna bir sıra reydlər keçirərək Livanın 4 şəhərini bombalayıb.

Azpost.info bildirir ki, bu Anadolu Agentliyi bu barədə Livan mediasına istinadən xəbər yayıb.

“Jerusalem Post” qəzeti Livan mənbələrinə istinadən yazır ki, İsrail Müdafiə Qüvvələri (IDF) Livanın müxtəlif bölgələrində hədəfləri kütləvi artilleriya atəşinə tutub.

İsrailin hücumları İsrailin nəzarətində olan Colan təpələrindəki Məcdəl Şəms kəndinə raket zərbəsinə cavab olaraq həyata keçirilib. Futbol meydançasında raket partlayıb. 10-16 yaş arasında olan ən azı 12 uşaq ölüb.

İsrail ordusu hücumda Livanın Hizbullah qrupunu ittiham edib. Hizbullah bu ittihamı rədd edib. Onlar İsrailin raketiin futbol meydançasına düşdüyünü bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
azpost.info

10Mənbələr