AZ

Venesuelada prezident seçkisi keçirilir

İyulun 28-də Venesuelada prezident seçkisi keçirilir.
 
Səsvermənin nəticələri ölkənin növbəti altı il üçün siyasi kursunu müəyyən edəcək.
 
Seçki məntəqələri yerli vaxtla saat 18:00-dək (bakı vaxtilə 29 iyul saat 02:00-dək) açıq olacaq. Eyni zamanda, səs vermək istəyənlərin sayı çox olarsa, məntəqələrin iş vaxtı uzadıla bilər.
 
Qalib gəlmək üçün namizədlər sadə səs çoxluğu qazanmalıdırlar. Xalqın seçdiyi siyasətçi 2025-ci il yanvarın 10-da rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.
 
Respublikanın ən yüksək dövlət vəzifəsi uğrunda ümumilikdə on nəfər mübarizə aparacaq. Venesuela prezidentliyinə əsas namizədlər hazırkı dövlət başçısı Nikolas Maduro və sağçı partiyaların namizədi Edmundo Qonzalesdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
moderator.az

10Mənbələr