AZ

İsrail Livana "son şans" verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



On iki israillinin ölümünə səbəb olan Qolan təpələrinə hücumla əlaqədar olaraq, İsrail Xarici İşlər Nazirliyi Livana genişmiqyaslı müharibənin qarşısını almaq üçün "son şans" verib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oren Marmorşteyn "X"dəki səhifəsində yazıb.
Onun sözlərinə görə, müharibəyə yol verməmək üçün "Hizbullah" Litani çayının cənubundakı qüvvələrini ərazidən çıxarmalıdır.
"Livan üçün dağıdıcı olacaq genişmiqyaslı müharibənin qarşısını almağın yeganə yolu "Hizbullah"ı BMT Təhlükəsizlik Şurasının 1701-ci fərmanını həyata keçirməyə məcbur etməkdir", - Marmorşteyn qeyd edib. O vurğulayıb ki, "biz bunu diplomatik yolla etmək üçün indi son dəqiqələri yaşayırıq".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi Litani çayının cənubundakı ərazinin BMT sülhməramlıları və nizami Livan ordusunun bölmələri istisna olmaqla, bütün silahlı qüvvələrdən təmizlənməsini nəzərdə tutur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
oxu.az

10Mənbələr