AZ

İsrail XİN: "Hizbullah" və Livanla genişmiqyaslı müharibə yaxınlaşıb

İsrail \"Hizbullah\" və Livanla genişmiqyaslı müharibəyə yaxınlaşıb.

AZXEBER.COM xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Kats ölkə televiziyasının 12-ci kanalının efirində Holan yüksəkliklərində Məcdəl-Şəmsin atəşə tutulmasından sonra deyib.

\"Məcdəl-Şəmsin atəşə tutulması, mülki şəxslərə və uşaqlara zərər verilməsi bütün qırmızı xətlər keçir, buna müvafiq reaksiya olacaq. \"Hizbullah” və Livanla genişmiqyaslı müharibə anına yaxınlaşırıq\", - o deyib.

Onun sözlərinə görə, uşaqlar da daxil olmaqla azı 10 mülki şəxsin ölümü ilə nəticələnən bu hadisə bütün qırmızı xətləri keçir.
Seçilən
85
37
azxeber.com

10Mənbələr