Livanın "Hizbullah" qruplaşması İsrailə raket atıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin müşaviri Dmitri Gendelman bildirib .
Bildirilib ki, hücum nəticəsində 30-dan çox adam yaralanıb.
“Qolan Təpələrindəki Məcdəl Şəms qəsəbəsindəki uşaq meydançasında oynayan uşaqlar Hizbullah tərəfindən atılan raket nəticəsində yaralanıblar. Onun sözlərinə görə, doqquz uşaq ölüb", - Gendelman deyib.