AZ

Mikayıl Cabbarov qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb

Qeyri-neft sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlarımızla görüşməkdən məmnun olduq.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.

"Yerli istehsalın artımı və ixrac bazarlarının genişləndirilməsi imkanlarını müzakirə edərək sualları cavablandırdıq və iş adamlarının təkliflərini dinlədik.

Biznes təmsilçiləri ilə birgə fəaliyyətimizi gücləndirərək özəl sektorda aktivliyi artırmaq niyyətindəyik", - nazir qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
20
operativmedia.az

10Mənbələr