AZ

Sabiq XİN rəhbəri Aİ-ni HƏDƏLƏDİ: "Nəticələr qat-qat acı olacaq"

"Qərbin Ukraynaya nəzarətsiz silah tədarükü Avropa üçün problemlər yarada bilər".

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Sankt-Peterburq Dövlət Universitetinin professoru Karin Knaysl eyib.

O, BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək qeyd edib ki, son zərər Yuqoslaviyadakı münaqişədən daha çox ola bilər.

“Avropa Şərqi və Mərkəzi hissələrdə nəzarətsiz silah bazarının nəticələri ilə üzləşməli olacaq. Və bu təcrübə keçmiş Yuqoslaviya ərazisindəki müharibənin nəticələrindən qat-qat acı olacaq. Bu o deməkdir ki, daha çox mütəşəkkil cinayətkarlıq, daha çox terror olacaq”, - Knaysl əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
4
publika.az

10Mənbələr